Paşinyanın Brüssel planı: Makronu oyuna niyə daxil edib? – ŞƏRHbackend

Paşinyanın Brüssel planı: Makronu oyuna niyə daxil edib? – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş Naziri Nikol Paşinyanın KTMT-nin sammitindəki demarşının Rusiya Prezidenti Vladimir Putinlə razılaşdırılması haqqında Ermənistan kütləvi informasiya vasitələrində müəyyən məlumatlar verilməkdədir. Onların əsaslandırdığına görə Putin özü KTMT üzvlərinin Azərbaycana qarşı çıxmaq istəməmələrindən narazıdır və bu narazılığı Paşinyanın vasitəsi ilə biruzə verir.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov bu məsələdən digər dövlətlərin istifadə edə biləcəyini deyib:

“Paşinyan KTMT-ni ciddi tənqid atəşinə tutur və bu amorf təşkilatdan çıxmaqla hədələyir. Bundan istifadə edən Putin Azərbaycanla isti münasibətlərdə olan KTMT üzvlərini öz mövqelərinə yenidən baxmağa məcbur edir. Bununla da Ermənistanın narazılığının qarşısını müəyyən qədər almağa çalışır. Belə məlum olur ki, Ermənistanın KTMT-dən narazılığını az qala bu təşkilatdan çıxaraq NATO-ya qoşulmasına hazırlıq kimi qiymətləndirən siyasətçilər bir qədər tələsirlər. Rusiya yaxın zamanda Ermənistanla vidalaşmaq fikrində deyil və NATO ilə yaxınlaşmaq istəyən keçmiş SSRİ ölkələrinin vəziyyəti onun gözü önündədir”.

Politoloq Paşinyanın danışıqlar prosesini pozmaq niyyətində olduğunu bildirib:

“Dekabrın əvvəlində Belçikada keçirilməsi nəzərdə tutulan Azərbaycan-Ermənistan başçılarının görüşünün də Paşinyanın Fransa Prezidenti Emmanuel Makronu devrəyə soxması cəhdi məlum olduqdan sonra Paşinyanın son bir ay ərzində vurnuxmasının əsl səbəbi aydın olur. Elə bu faktın özü də Ermənistan baş nazirinin bağlı qapılar arxasında gizli siyasi avantüralar həyata keçirməsinə dəlalət edir. Həqiqətən də, görünən odur ki, Paşinyan danışıqlar prosesini dayandırmaq və pozmağa istiqamətlənən addımlar atır. İlk növbədə KTMT və Rusiyanı prosesdən uzaqlaşdırır, sonra çərçivə sazişi dediyi qeyri-müəyyən bir təklifi irəli sürür.

Ətraflı
Nəhayət, Brüsseldə Şarl Mişeldən yaxa qurtara bilməyəcəyini dərk edib Emmanuel Makronu dövrəyə soxur. Maraqlı budur ki, Paşinyan öz oyunlarında Putin və Makron kimi siyasətçilərdən də ustalıqla istifadə edir. Putini başa düşmək müəyyən qədər asandır. Çünki Ukrayna ilə müharibənin qızğın vaxtında Ermənistana sərf etməyə vaxt və enerji yoxdur. Makron isə sanki Paşinyanın və erməni diasporunun muzdlu qulu kimidir. Görüşdə iştirak etmək məsələsi də Paşinyandan çıxır.

Görəsən, bu barədə Makronun fikrini öyrənən olubmu? Bu adam, bəlkə, 7 noyabrda heç Fransada olmayacaq?

Digər tərəfdən Şarl Mişel də özünü çox qətiyyətsiz aparır. Necə ola bilər ki, Paşinyan Şarl Mişelin vasitəçiliyini qənaətbəxş saymasın? Paşinyan kim olur ki, Şarl Mişelin üstünə başqasını gətirir? Yəqin, bu məsələlərə də Avropa mentaliteti prizmasından yanaşmaq lazımdır. Və sonda artıq məlum olacaq ki, Paşinyan bütün dünya qarşısında sülh müqaviləsinin ilin sonuna qədər imzalanacağı barədə sözü yerinə yetirə bilmir və ona görə də vurnuxur. Yaxud elə hesab edir ki, sülh sazişi ətrafındakı danışıqları da 30 il uzada bilər. Amma yanılır və dəmir yumruğun hələ onların başının üzərində olduğunun ciddiliyini başa düşmür.
Amma bizdən xatırlatmaqdır. Sonra deməsin ki, bilmədim”.