Paşinyanın fraksiyasını daha bir deputat tərk etdibackend

Paşinyanın fraksiyasını daha bir deputat tərk etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin daha bir deputatı baş nazir Nikol Paşinyanın fraksiyasını tərk etdiyini açıqlayıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, hakim “Mənim addımım” fraksiyasından deputat seçilmiş Sofiya Ovsepyan fraksiyadan istefa verdiyini bəyan edib. Ovsepyan bundan sonra müstəqil və bitərəf parlamentari kimi fəaliyyətinə davam edəcəyini söyləyib.

Deputat atdığı addımın səbəblərini açıqlamayıb. Güman edilir ki, proqnozlaşdırılan erkən seçkilərdə yenidən namizəd olmaq istəyən parlamentari mənfi reytinq baqajından qurtulmaq niyyətindədir. Ovsepyanın bu qərarı çalxalanmaqda olan fraksiyada gərginliyi daha da artırıb.