Paşinyanın həbsi üçün Baş prokurora müraciət edildibackend

Paşinyanın həbsi üçün Baş prokurora müraciət edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın 20 hüquqşünası ölkənin Baş prokuroru Artur Davtyana müraciət edib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, müraciətin əsası kimi Baş nazir Nikol Paşinyanın bəyanatı olub.

Qeyd edək ki, Nikol Paşinyan noyabrın 27-də Ermənistan ilə Azərbaycan arasında sərhədin GPS sistemi ilə müəyyənləşdirildiyini bəyan edib. Hüquqşünasların sözlərinə görə, sərhəd Ermənistanın həyati əhəmiyyət kəsb edən strateji obyektlərindən və infrastrukturlardan keçir. Paşinyanın dedikləri isə dövlətə xəyanət kimi qəbul edilməlidir.