Paşinyanın həbsi üçün əmr hazırlandıbackend

Paşinyanın həbsi üçün əmr hazırlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan müxalifəti Paşinyanın həbsi üçün əmr hazırlayaraq imzalanması üçün Baş Prokurorluğa göndərəcək.

NOCOMMENT publika.az-a istinadən xəbər verir ki, bunu müxalifətin Baş Prokurorluğa yürüşü zamanı Vahid Ermənistan Partiyasının lideri Artur Kazinyan deyib.

Bildirib ki, Vətənin Xilası Hərəkatının hüquqi komissiyası Baş Prokurorluq əvəzinə Ermənistanın belə bir əmr tərtib etmək qərarına gəlib.

“Azadlıqda ikən rəsmi vəzifələrindən istifadə edərək bir cinayət işi üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılmasına mane ola biləcəyini və prosesi icra edən orqana qanunsuz təsir göstərə biləcəyini nəzərə alaraq dərhal baş nazir Nikol Paşinyanın tutulmasını və qanunla müəyyən edilmiş müddətdə ona Ermənistan Cinayət Məcəlləsinin 299-cu maddəsinin 1-ci bəndinə əsasən ittiham irəli sürülməsini tapşırıram”, – deyə sənəddə qeyd olunub.

Siyasətçi hərəkatın vəkilləri bu təlimatı Baş Prokuror adından tərtib etdiklərini və bu gün ona yazılı şəkildə verəcəklərini söyləyiblər.