Paşinyanın iddiası Ohanyanı özündən çıxardı: Qoy, ad çəksinbackend

Paşinyanın iddiası Ohanyanı özündən çıxardı: Qoy, ad çəksin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Baş nazir Nikol Paşinyanı döyüş əməliyyatları və Silahlı Qüvvələrlə əlaqəli məlumatları açıq şəkildə müzakirə etməməyə çağırıb.

Xatırladaq ki, çərşənbə günü, Ermənistanın Baş naziri parlament tribunasından Qarabağdakı Lələtəpə yüksəkliyinin 2016-cı ildə azad olunması əməliyyatı ilə bağlı təfərrüatları açıqlayıb.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, Ohanyan bütün bunları yalnız hərbi idarəetmədən uzaq və dövlət idarəçiliyində savadsız insanların açıq şəkildə müzakirə edə biləcəyini deyib.

Paşinyan ötən gün parlamentdəki çıxışında bildirmişdi ki, müxalifətin fəaliyyətində fəal iştirak edən keçmiş bir hərbçinin oğlu müharibədə döyüş tapşırıqlarını yerinə yetirməyib. Jurnalist bunu söyləyərkən baş nazirin Ohanyanın oğlunu nəzərdə tutub-tutmadığını soruşduqda sabiq nazir Paşinyanı ad çəkməyə çağırıb.

Ohanyan bəzi hərbi mütəxəssislərin Rusiyadan alınan “Su-30” qırıcılarına ehtiyacın olmaması, bunun uğursuz seçim olması ilə bağlı açıqlamalarına münasibət bildirməkdən çəkinib. Keçmiş nazir sadəcə qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin hər hansı bir sahəsinin modernləşdirilməsi zərurətdir, bu, hərbi aviasiya üçün də keçərlidir.