Paşinyanin Moskva səfəri Ermənistanda panika YARATDIbackend

Paşinyanin Moskva səfəri Ermənistanda panika YARATDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda baş nazir Nikol Paşinyanın 11 yanvarda Moskvaya edəcəyi səfərlə bağlı narahatlıq artıb.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyi qarşısında toplaşan müxalifətçilər Paşinyanın səfər zamanı Azərbaycana ərazi güzəştləri nəzərdə tutan müqaviləyə imza atacağını bildirirlər.

“Aydındır ki, yanvarın 11-də Paşinyan Moskvaya hansısa məsələ ətrafında danışıqlar aparmaq ya da hər hansı müqavilə imzalamaq üçün gedir. Səfər sirr saxlanılır və ehtimal edirəm ki, Paşinyan düşmənə Ermənistanın bir hissəsini verməyi düşünür”, – deyə “Vətən” partiyasının şura üzvü Arsen Babayan deyib.

Xatırladaq ki, etirazçılarla görüşə çıxan ədliyyə naziri Rüstəm Badasyan isə yayılan məlumatları inkar edib.