Paşinyanın önündə şəkil çəkdirdiyi raket kompleksi məhv edilib – FOTObackend

Paşinyanın önündə şəkil çəkdirdiyi raket kompleksi məhv edilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan ötən ilin dekabrında Rusiyadan sifariş verdiyi “Tor-M2KM” zenit-raket kompleksi bu gün Azərbaycan ordusu tərəfindən məhv edilib.

NOCOMMENT-in məlumatına görə, ötən ilin dekabrında Ermənistanın “Tor-M2KM” zenit-raket kompleksini alması ilə bağlı məlumatı Nikol Paşinyan özü sosial media hesablarından bildirmişdi. Paşinyan hərbi avadanlığın önündə selfi çəkidirərək paylaşmışdı.

Paşinyan Ermənistanın “Tor-M2KM” ZRK-nin Hindistandan sonra ikinci istifadəçisi olduğunu da bildirmişdi.

Müdafiə Nazirliyindən trend-ə verilən məlumata görə, Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Bunlardan biri də “Tor-M2KM” raket kompleksidir.