Paşinyanın partiyası Bakı əleyhinə bəyanatı dəstəkləmədibackend

Paşinyanın partiyası Bakı əleyhinə bəyanatı dəstəkləmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ermənistan parlamentində Xarici Əlaqələr Daimi Komissiyasının iclası zamanı Köçəryanın “Ermənistan” müxalifət fraksiyasının Azərbaycan parlamentinin 8 noyabr 2022-ci il tarixli bəyanatına cavab vermək təklifi müzakirə edilib.

NOCOMMENT xəbər verir ki, bu barədə Caliber məlumat yayıb.

“Köçəryanın fraksiyasının nümayəndəsi Andranik Tevanyan bəyanat layihəsi təqdim edib. Hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Eduard Ağacanyan isə bildirib ki, onlar müzakirə ediblər, lakin məzmunla bağlı fikir ayrılıqları olub və layihə üzrə səsvermədə bitərəf qalıblar”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, Ermənistan parlamentinin bu gün keçirilən növbədənkənar iclasının gündəliyinə Qələbə günü münasibətilə azərbaycanlı deputatların qəbul etdiyi sənədlə bağlı bəyanat daxil edilib.