Paşinyanın partiyası Şuşa Bəyannaməsini dəstəklədibackend

Paşinyanın partiyası Şuşa Bəyannaməsini dəstəklədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş müqaviləsi” partiyası müxalifət partiyalarının Şuşa Bəyannaməsinin əleyinə hazırladığı bəyanat layihəsinə qoşulmaqdan imtina edib.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin bu gün keçirilən iclasında bildirilib.

Hakim partiya bazar ertəsi Ermənistanın müxalifət blokunun qanunverici orqanının Türkiyə və Azərbaycan tərəfindən imzalanmış Şuşa Bəyannaməsini pisləməli olduğu bəyanat layihəsini qəbul etməyib və buna qoşulmaqdan imtina edib.

“Biz seçicilərimizin etimadını aldıq və taktiki səbəblərə görə nə edəcəyimizə özümüz qərar veririk. “Vətəndaş müqaviləsi” bu bəyanatın layihəsinə qoşulmaq fikrində deyil”, – deyə müxalifət blokunun nümayəndəsi bildirib.

Xatırladaq ki, Bəyannamə Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.