Ermənistan Parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından olan deputatı David Aruşanyan mandatından imtina edib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, xəbəri qanunverici orqanın sədrinin mətbuat xidmətindən təsdiqləyiblər.
Qeyd edək ki, 2021-2022-ci illərdə Gümrü icmasının sədr müavini olmuş Aruşanyanın rəhbər postuna real namizədliyi nəzərdən keçirilir. Bu barədə o, özünün “Facebook” hesabında da yazıb.