Paşinyanın partiyasının keçmiş üzvü dövlət sirrini yaymaqda günahlandırılırbackend

Paşinyanın partiyasının keçmiş üzvü dövlət sirrini yaymaqda günahlandırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Parlamentinin deputatı, hakim “Vətəndaş müqaviləsi” partiyasının keçmiş üzvü Ovik Aqazaryan dövlət sirrini yaymaqda ittiham edilir.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, ölkənin Antikorrupsiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, onun barəsində sonuncu ittiham da daxil olmaqla, üç ayrı epizod üzrə qaldırılan cinayət işlərinin istintaqı davam etdirilir. O.Aqazaryan xırdabuynuzlu heyvanların qanunsuz olaraq BƏƏ-yə ixracı, habelə oğluna məxsus avtomobillərin müsadirəsinə qanunsuz müdaxilə etməkdə təqsirləndirilir.

Bununla belə, onun məhz hansı dövlət sirrini yaydığı açıqlanmayıb.

Qeyd edək ki, O.Aqazaryan dekabrın 5-də hakim partiyanın sıralarından xaric edilib.