Paşinyanın qeyri-adi davranışının təhlili – Psixoloqbackend

Paşinyanın qeyri-adi davranışının təhlili – Psixoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan bütün çıxışlarında daim “biz heç nədə günahkar deyilik” və s. kimi ifadələr səsləndirir.

NOCOMMENT xəbər verir ki, bunu axar.az-a açıqlamasında psixoloq Adil Xəlilov Ermənistan Baş naziri Nikol Paşinyanın davranış və çıxışlarını təhlil edərkən danışıb.

Psixoloq Paşinyanın qeyri-verbal hərəkətlərində ən çox əsəbilik, yalan və qeyri-müəyyənliyin nəzərə çarpdığını bildirib:

“1) Üzüyü çıxarıb-taxmaq:

Əsəbilik, gərginlik, çətin vəziyyət deməkdir…

Düzgün qərar qəbul etmək və əsas sözləri demək lazımdır. Kişilər çox əsəbi olduğu zaman üzüyü çıxartmağa və fırlatmağa başlayır. Bütün bunlar sürətli nəfəs alma, anlaşılmaz nitq və tərləmə ilə müşayiət olunur.

2) Qalstuku düzəltmək:

Əsəbilik/İnamsızlıq

3) Aşağı göz qapağına toxunmaq:

Yalan!

Yalan söyləyən biri üçün dinləyicilərin gözlərinə baxmaq kifayət qədər çətin olur. Yalançının göz qapağını sanki qaşınırmış kimi ovxalaması “gizlənən gözlər” adlı maskalanmış jestdir”.