Paşinyanın qızının bahalı ayaqqabısı ermənilər arasında hiddət yaradıbbackend

Paşinyanın qızının bahalı ayaqqabısı ermənilər arasında hiddət yaradıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyanın qızı Məryəm Paşinyanın 1 379 dollarlıq ayaqqabısı ölkə əhalisi arasında geniş rezonans və hiddət yaradıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, baş nazirin qızı Məryəm Paşinyan dünya şöhrətli dizayner “Manolo Blahnik”in ayaqqabısını geyinərək onun şəklini sosial şəbəkədəki hesabında paylaşıb. Bu ayaqqabıların orta qiyməti təxminən 500 ABŞ dollarından başlayır. “Armday.am” saytı araşdırma zamanı müəyyən edib ki, baş nazirinin qızının geyindiyi ayaqqabının qiyməti 1 379 ABŞ dollardır.

“Ola bilsin, Məryəm Paşinyan sonradan ayaqqabıların orijinal deyil, sadəcə ucuz növ olması barədə məlumat paylaşsın. Nəzərə alsaq ki, ölkədə həddindən artıq yoxsulluq hökm sürür və onun atasının imzaladığı kapitulyasiya səbəbindən bu gün çoxları hətta öz evindən, torpağından və övladından məhrumdur”, – deyə sayt qeyd edib.

Bir çox ermənilər sosial şəbəkələrdəki hesablarında baş nazirin qızının bu cür dəbədbəli geyiminə birmənalı yanaşmayıblar. Onu qınayanlar, bu cür dəbdəbəli geyimlə bağlı araşdırmaların aparılması vacibliyini vurğulayanlar daha çox olub.

Qeyd edək ki, daha əvvəl Ermənistan diasporunun bəzi nümayəndələri Məryəm Paşinyanın istirahətinə və əyləncəsinə müdaxilə etmişdilər. Bununla bağlı videogörüntüləri ictimai fəal Akop Bereberyan özünün feysbukdakı səhifəsində yerləşdirmişdi. Videoda diaspor nümayəndələrindən birinin baş nazirin qızının istirahətinə və əyləncəsinə müdaxilə etməsi əks olunmuşdu. “Sənina tası 5 min insanı öldürüb”, – deyə diaspor nümayəndələrindən biri Paşinyanın qızına həqarətlə bildirmişdi.