Paşinyanın rəqibi mer olmaq istəyirbackend

Paşinyanın rəqibi mer olmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artur Vanetsyan İrəvan meri seçkilərinə qatıla bilər.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu iddia ilə “Hraparak” çıxış edib.

Erməni nəşri əlavə edib: “Əldə etdiyimiz məlumata görə, Vanetsyanın kifayət qədər iddialı planları var və xüsusilə İrəvanda keçiriləcək mer seçkilərindən sonra müxalifət meydanında ayrıca oyunçu olmaq istəyir, həmçinin, o, mer postuna əsas namizədlərdən biridir. Bu mərhələdə o və tərəfdarları cəmiyyətlə dialoqa başlamaq, İrəvan və rayon sakinləri ilə gündəlik görüşlər keçirmək, çıxış etmək, ölkənin qarşısında duran vəzifələri izah etmək, mübarizə yollarını göstərmək, və son olaraq da yeni tərəfdarlar və dəstəkçilər arasında qazanc əldə etmək vəzifəsini qarşılarına qoyublar”.

Xatırladaq ki, müxalif siyasətçi 2 gün əvvəl mandatdan imtina edib.