Paşinyanın rəqibləri bir araya gəlirlər?backend

Paşinyanın rəqibləri bir araya gəlirlər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Milli Məclisinin “Ermənistan” fraksiyasının deputatı İşxan Saqatelyan bəyan edib ki, nüfuzlu, təcrübəli və potensial adamlar – eks-prezidentlər, xarici işlər, müdafiə nazirləri, katalikos ölkədəki vəziyyəti nəzərə alaraq görüşməlidir və “bir-birinin” gözünün içinə baxmalı, vəziyyəti dəyərləndirməli, həll yolları tapmalıdırlar”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Erməni nəşri əlavə edib: “Dünən o, II Qaregin həzrətləri ilə görüşüb. Görüşlə bağlı Eçmiədzin kilsəsindən bizə məlumat verildi ki, bütün ermənilərin katalikosu ölkənin üzləşdiyi çətinliklərin aradan qaldırılmasına yönəlmiş bütün səylərə töhfə verməyə hazır olduğunu bildirib. Sualımıza cavab olaraq İşxan Saqatelyan Ermənistanın keçmiş prezidentləri ilə də görüşdüyünü deyib.

Biz Levon Ter-Petrosyanla da görüşün olub-olmadığını öyrənməyə çalışdıq. Saqatelyan isə cavabında bildirib: “Hazırda bu qədərdir. Görüşlər olub, o istiqamətdə işlər davam edir, nəticələri barədə məlumat verəcəyik”.

Daha sonra öyrəndik ki, eks-prezidentlər Serj Sarkisyan və Robert Köçəryanla görüşlər olub, amma İşxan Saqatelyan birinci prezident Levon Ter-Petrosyanla görüşməyib”.