Paşinyanın reytinqi sürətlə düşür: Ermənilər seçkidə kimə səs verəcəklər? – SİYAHIbackend

Paşinyanın reytinqi sürətlə düşür: Ermənilər seçkidə kimə səs verəcəklər? – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın nüfuzlu araşdırma şirkətlərindən olan Amerika İctimai Fikir İnstitutu (“Gallup”) tərəfindən Ermənistanda növbəti sorğu keçirilib.

NOCOMMENT “Gallup”un açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, keçirilən sorğuda vətəndaşlardan bu ilin iyun ayının 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində kimə səs verəcəkləri soruşulub.

Sorğuda iştirak edənlərin 24,8%-i Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” partiyasına səs verəcəyini bildirib. Məlumatda qeyd olunur ki, fevral ayında “Gallup”un keçirdiyi sorğuda iştirak edənlərin 33,1%-i, mart ayında 31,7%-i, aprel ayında isə 27,2%-i “Mənim addımım” partiyasına səs verəcəyini qeyd edib.

May ayının 18-23-ü tarixlərində keçirilən sorğunun nəticəsi aşağıdakı kimi olub:

Səs
Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” partiyası 24,8 %
Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku 14,1 %
Qaqik Çarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası 4,1 %
Serj Sarkisyan və Artur Vanetsyanın rəhbərlik etdiyi “Mənim şərəfim var” bloku 3,1 %
Aram Sarkisyanın rəhbərlik etdiyi “Respublika” partiyası 2,5 %
Edmon Marukyanın rəhbərlik etdiyi “İşıqlı Ermənistan” partiyası 2 %
“Şirinyan-Babajanyan” bloku 1,6 %
“Erməni Vətəni” partiyası 1,2 %
Levon Ter Petrosyanın rəhbərlik etdiyi “Erməni Milli Konqresi” 1,1 %
“Sasna Tsrer” partiyası 0,6 %
“5165 Hərəkatı” 0,5 %
“Milli-Demokratik Qütb” partiyası 0,4 %
“Vətəndaşın qərarı” partiyası 0,4 %
“Ədalətli Ermənistan” partiyası 0,4 %
İttifaq partiyası 0,4 %
Ermənistan Kommunist partiyası 0,1 %
“Bimirəm” deyənlər 14,6 %
“Heç kimə səs verməyəcəm” deyənlər 13,4 %

Qeyd edək ki, “Gallup”un fevral, mart, aprel aylarında keçirdiyi sorğunun nəticələri aşağıdakı kimi olub:

Fevral Mart Aprel
Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” partiyasına 33,1 % 31,7 % 27,2 %
Sabiq prezident Robert Köçəryana 5,9 % 8,1 %
Qaqik Çarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyasına 4,4 % 4,4 % 3,7%
Edmon Marukyanın rəhbərlik etdiyi “İşıqlı Ermənistan” partiyasına 2,6 % 2,7 % 1,8 %
Sabiq prezident Serj Sarkisyana 2,2 % 2,4 %
“Daşnaksütun” partiyasına 2,2 % 2,1 % 1,8 %
Vazgen Manukyanın ətrafında birləşən müxalifət partiyalarına 1%
“Sasna Tsrer” partiyasına 0,5 % 0,6 %
Artur Vanetsyanın rəhbərlik etdiyi “Vətən” partiyasına 0,4 %
“Heç kimə” deyənlər 27,2 % 24,6 % 7,4 %
“Bilmirəm” deyənlər 20 % 17,3 %

Onu da bildirək ki, iyun ayının 20-də Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində 4 siyasi blok, 24 siyasi partiya iştirak edəcəyini rəsmi şəkildə açıqlayıb.

yeniavaz