Paşinyanın Rusiya planı: Hərbi cinayətlər Moskvanı müharibəyə cəlb etmək üçün törədilirbackend

Paşinyanın Rusiya planı: Hərbi cinayətlər Moskvanı müharibəyə cəlb etmək üçün törədilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Fransanın “Liberation” qəzetinə müsahibə verib.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, erməni Baş nazirin müsahibədə səsləndirdiyi fikirlər Gəncə və Mingəçevirin raket atəşinə tutulmasındə İərvanın məqsədini anlamaq üçün kifayətdir.

Münaqişə zonasından aralıda yerləşən Gəncə və Mingəçevirə raket zərbəsi endirilməsi təkcə Azərbaycan cəmiyyətində panika və ruh düşkünlüyü yaratmağa hesablanmayıb.

Paşinyanın fikirlərindən anlaşılır ki, Ermənistan münaqişənin miqyasını böyütmək, Rusiyanın müharibəyə cəlb olunmasında israr edir. Baş nazir deyib ki, Ermənistan Azərbaycanın əks-hücum əməliyyatını dayandırmaq üçün Rusiyanın daha aktiv və konkret addımlar atmasını gözləyir. “Rusiya Ermənistanın strateji müttəfiqidir. Eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir. Rusiyanın əks-hücum əməliyyatının dayandırılması üçün daha aktiv və konkret addımlar atmasını gözləyirik”, – deyə Paşinyan bildirib.

Rusiya hələlik döyüşlərə birbaşa müdaxilə edə bilmir. Çünki döyüşlər Azərbaycan ərazilərində gedir. Rusiya da daxil olmaqla dünyanın aparıcı ölkələri Qarabağı Azərbaycanın ərazisi hesab edirlər.

Ermənistan hərbi cinayətləri ilə Bakının təmkinini pozub İrəvana zərbə endirməsinə çalışır. Yalnız bu halda Ermənistanın strateji müttəfiq olan Rusiyanın münaqişəyə cəlb olunması reallaşa bilər.

Paşinyanın müsahibələrində Türkiyənin adını hallandırması da bu məqsədi daşıyır. Erməni Baş nazir guya Qarabağda Türkiyə ilə müharibə apardıqları barədə rəy yaratmaqla Rusiyanı qıcıqlandırmaq və Kremlin hərbi əməliyyatlara təhrik etməyə çalışır.