Paşinyanın ŞOK PLANI: Artıq hərəkətə keçildi – İrəvan QARIŞA BİLƏRbackend

Paşinyanın ŞOK PLANI: Artıq hərəkətə keçildi – İrəvan QARIŞA BİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətlə Erməni Apostol Kilsəsi (AAK) arasında yaranan qarşıdurma son dövrlər görünməmiş həddə çatıb. Baş nazir kilsəni nəzarətsizlikdə və xarici təsirlərə açıq olmaqda ittiham edir, onun “yenilənməsini” tələb edir.

NOCOMMENT.az xəbər verir ki, Amerikanın “Vtforeignpolicy” nəşrinin yaydığı məlumata görə, Ermənistan hökuməti radikal addımlar atmağa hazırlaşır. Bildirilir ki, Paşinyan bütün ermənilərin katolikosu II Qareginin vəzifədən uzaqlaşdırılması, Erməni Apostol Kilsəsinin ləğv edilməsi və hakimiyyətə tabe olan alternativ qurum – Ermənistan Apostol Kilsəsinin yaradılması planı üzərində işləyir.

Məqalədə qeyd olunur ki, bu addımlar hökumətə kilsəyə məxsus əmlakın, o cümlədən Eçmiədzin və monastırların yenidən bölüşdürülməsinə, həmçinin hakimiyyətə yönələn tənqidlərin neytrallaşdırılmasına imkan verəcək. Nəşrin məlumatına görə, hökumət hazırda din xadimləri arasında islahatlara dəstək verə biləcək şəxslərin axtarışını aparır.

Bildirilib ki, kilsə islahatını həyata keçirmək məqsədilə dini məsələlər üzrə xüsusi dövlət qurumu yaradılacaq. Bu qurum kilsənin maliyyə fəaliyyəti və əmlakının yoxlanılmasını həyata keçirəcək, həmçinin yeni yaradılacaq Apostol Kilsəsinin rəhbər vəzifələrinə təyinatları təsdiqləyəcək. Paralel olaraq, dəyişikliklərə qarşı çıxanların susdurulması üçün Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları və hakimiyyətə loyal fəallardan ibarət xüsusi qruplar formalaşdırılır.

Məlumatda qeyd edilir ki, bu qruplar ruhanilərin və yepiskopların sosial şəbəkələrdəki fəaliyyətini, eləcə də ictimai çıxışlarını daim izləyəcək. Hakimiyyətə qarşı hər hansı tənqidi fikir səsləndirildikdə, axtarışlar, saxlanmalar və neytrallaşdırma tədbirləri həyata keçiriləcək. Artıq 2025-ci ilin dekabr ayında hökumətin siyasətinə açıq şəkildə etiraz edən kilsə iyerarxları və din xadimlərinə qarşı ilk nəzarət hallarının qeydə alındığı bildirilir.

Nəşr vurğulayır ki, Paşinyan hökuməti bu kampaniyanın siyasi məqsəd daşımadığını iddia edir və prosesin cinayət pozuntuları ilə bağlı aparıldığını bildirir. Lakin kilsə rəhbərləri və beynəlxalq müşahidəçilər bu addımları hakimiyyətə yönələn tənqidlərin qarşısını almaq və müxalif qüvvələri sıradan çıxarmaq cəhdi kimi qiymətləndirirlər.

Müşahidəçilərin fikrincə, Ermənistanda kilsə ilə hökumət arasında yaranan bu qarşıdurma ölkədə həm dini azadlıqlar, həm də siyasi plüralizm baxımından ciddi risklər yaradır və yaxın dövrdə daha dərin böhrana səbəb ola bilər.

Əli Səfərli,
NOCOMMENT.az