Paşinyanın sonu çatdı: Daşnaksutyundan son açıqlamabackend

Paşinyanın sonu çatdı: Daşnaksutyundan son açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda Baş naziri Nikol Paşinyanın devrilməsi prosesinə start verilir.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, Ermənistan müxalifəti və Qarabağdakı məğlubiyyəti həzm edə bilməyib bunun günahkarı kimi Paşinyanı görə ictimai-siyasi fəallar yaxın günlərdə izdihamlı aksiya keçirməyə hazırlaşırlar. Bu aksiya Ermənistanın siyasi həyatı üçün həlledici mitinq hesab edilir.

Müxalif ARF Daşnaksutyun partiyasının fəalı Artsvik Minasyan deyib ki, sabah aksiya barədə bəyanat olacaq. “Detallara varmaq istəmirəm, amma xalq bilsin ki, sabah bu günə qədər ölkənin gələcək inkişafı üçün nəzərə alınmayan təkliflər, keçid hökumətinin qurulması ilə bağlı bütün təfərrüatlar bəyanat şəkildə ictimaiyyətə təqdim ediləcək. Yaxın günlərdə isə böyük mitinq olacaq”, – deyə o bildirib.

Minasyan əlavə edib ki, sabahki bəyanatda Baş nazir postuna namizədlərin də adı açıqlanacaq.

Siyasi analitiklər hesab edir ki, Paşinyanın devrilməsi artıq bütün erməni siyasi qüvvələri ilə razılaşdırılıb.

Baş nazirin əleyhdarları hesab edir ki, artıq Qarabağda müharibənin dayandırılması barədə imzalanan üçtərəfli sazişin müddəları demək olar ki, tam yerinə yetirilib.

Sazişdən sonra belə mülahizələr irəli sürülürdü Rusiya Paşinyanın devrilməsinə qarşıdır.

İndisə erməni müxalifəti hesab edir ki, artıq Paşinyan Moskva üçün əhəmiyyətini itirib. Üçtərəfli sazişin açar müddəası olan Laçının Azərbaycana təhvil verilməsi də həllini tapıb. Bu baxımdan, hesab edilir ki, Baş nazirin devrilməsi artıq mümkündür.