Paşinyanın yeni hədəfi: Araik Arutyunyan da baş nazirin siyahısındadırbackend

Paşinyanın yeni hədəfi: Araik Arutyunyan da baş nazirin siyahısındadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistandakı hakim “Mənim addımım” blokunun seçki siyahısı bu dəfə 2018-ci ildə hazırlanan siyahıdan fərqlənəcək. Blokun lideri Nikol Paşinyan siyahını təkbaşına hazırlayır”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat verib.

Nəşrin iddiasına görə, siyahıya Paşinyanın özü rəhbərlik edəcək: “İlkin məlumata görə, rəhbərlikdəki postlar Ararat Mirzoyan, Sasun Mikaelyan və Lena Nazaryan arasında bölüşdürüləcək.

İlk onluğa Alen Simonyan, Suren Papikyan, Tiqran Avinyan, Araik Arutyunyan və həmçinin qadın namizədlər daxil olacaq. Məlumdur ki, siyahının 30%-i qadın olmalıdır”.

Bundan əvvəl parlamentdəki “Mənim adımım” fraksiyasının rəhbəri Lilit Makunts baş nazirin bu ayın sonunda istefa verəcəyini açıqlayıb. Eyni zamanda, deyib ki, hakim qüvvələr may ayına qədər seçki siyahısı hazırlamayacaq.

Xatırladaq ki, Nikol Paşinyan iyunun 20-də Ermənistanda erkən parlament seçkilərinin keçiriləcəyini elan edib. Milli Məclis artıq parlament seçkilərinin yalnız proporsional qaydada keçiriləcəyi ilə bağlı Seçki Məcəlləsinə dəyişiklik layihəsini təsdiqləyib.