Paşinyanın yeni kadr təyinatları MƏLUM OLDUbackend

Paşinyanın yeni kadr təyinatları MƏLUM OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parlament seçkilərində qələbə qazanan “Vətəndaş müqaviləsi” partiyası yeni kadr təyinatlarına başlayıb.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazır. Parlamentdə partiyanın fraksiya rəhbəri postuna Ayk Koncoryan və Arpi Davoyan namizəddirlər. Hazırkı fraksiya rəhbəri Lilit Makuntsun isə yaxın zamanlarda ABŞ-a səfir göndərilməsi planlaşdırılır.

Spiker postu uğrunda da gərgin mübarizə gedir. Hazırkı spiker Ararat Mirzoyan, onun müavini Alen Simonyan və ərazi idarəetməsi və infrastruktur naziri Suren Papikyan spikerliyə iddialıdır. Amma partiya üzvləri Mirzoyanın bu postda qalmasını istəyirlər.

Digər bir məlumata görə, polis rəisi Vaqe Kazaryan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanı əvəzləyə bilər.