Paşinyanın yeni mina xəritələri də ŞÜBHƏ DOĞURURbackend

Paşinyanın yeni mina xəritələri də ŞÜBHƏ DOĞURUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu bildirib.

Nikol Paşinyan görüşə Ermənistanın əlindəki bütün mina xəritələri ilə gələcəyinə söz verir, əvəzində İlham Əliyevin Bakıda saxlanılan bütün erməni terrorçuları özü ilə gətirməyini istəyir.

NOCOMMENT xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev modern.az-a bildirib ki, Ermənistanın görüşlə bağlı hansısa şərt irəli sürməsi gülməlidir: “Paşinyanın Azərbaycanla görüşə mina xəritələri ilə gəlib, əvəzində isə Azərbaycanda olmayan əsirləri geri almaq şərti məntiqə heç cür uyğun deyil. Çünki Azərbaycanda artıq heç bir əsir qalmayıb. Qalanlar isə cinayətkar və terrorçulardı. Onların qaytarılması yalnız həbs müddəti başa çatdıqdan sonra mümkündür.

Ermənistanın bu görüşlə bağlı hansısa şərtlər irəli sürməsi absurddur”.

Bəs, qarşı tərəfdən veriləcək mina xəritələrinin həqiqiliyinə necə inana bilərik?

“Əvvəlki mina xəritələrinin reallığa 25% uyğun gəldiyini nəzərə alsaq, yenilərinin də həqiqiliyi şübhə doğurur. Ona görə də bu xəritələrin doğruluğunun hansı səviyyədə olmasını yalnız əldə etdikdən sonra deyə bilərik. İstənilən halda bu şərtin irəli sürülməsi absurddur. Çünki bu xəritələr Azərbaycana 10 ay əvvəl verilməli idi”, – deyə ekspert sualı cavablayıb.