Pasiyent ölümünə görə bağlanan klinika fəaliyyətini bərpa etdi – Baş həkim xəbərim yoxdur deyirbackend

Pasiyent ölümünə görə bağlanan klinika fəaliyyətini bərpa etdi – Baş həkim xəbərim yoxdur deyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvəl Sabunçu rayonunda yerləşən “Medicare” klinikasında ölüm baş vermiş, hadisədən sonra adıçəkilən klinikanın fəaliyyəti dayandırılmışdı.

NOCOMMENT.az Unikal-a istinadən xəbər verir ki, artıq klinika fəaliyyətini bərpa edib.

Klinikanın baş həkimi Anar Məmmədov isə bu barədə məlumatsız olduğunu və hazırda evdə istirahət etdiyini bildirib.

Qeyd edək ki, 21 dekabr 2023-cü il tarixdə 1971-ci il təvəllüdlü Lətafət Məmmədova “Medicare” klinikasında əməliyyat zamanı ölüb.

Hadisə ilə bağlı Baş Prokurorluq məlumat yayaraq araşdırma aparıldığını açıqlayıb.