Pasportun üz qabığına görə həbs edildibackend

Pasportun üz qabığına görə həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna vətəndaşı Moskvada sənədləri yoxlanıldıqdan sonra həbs edilib.

NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, həmin şəxs Vinnitsa vilayətinin Krızopol şəhərində anadan olub. Moskvada yaşayır, orada artıq vətəndaşlıq alıb və  işləyir.

Şəxs iki gün əvvəl saxlanılıb və sənədləri yoxlanılıb. Rus hüquq-mühafizə orqanlarının əməkdaşlarına üzərində Ukraynanın gerbinin təsviri olan Rusiya pasportunu göstərib.

Nəticədə Krizopol sakini polis bölməsinə düşüb və orada ekstremist təşkilatın simvollarını nümayiş etdirdiyinə görə ona qarşı protokol tərtib edilib.

Gerb olan üz qabığı vətəndaşın əlindən alınaraq həbs edilib.