“Patı”dan komaya düşən gənclə bağlı – RƏSMİ AÇIQLAMAbackend

“Patı”dan komaya düşən gənclə bağlı – RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinə bir gəncin narkotik istifadəçisi olması barədə valideynləri tərəfindən müraciət edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat edib.

Onun sözlərinə görə, verilən məlumat əsasında polis əməkdaşları tərəfindən həmin gəncin narkotik istifadəçisi olub-olmamasını müəyyənləşdirmək üçün onun Narkoloji Mərkəzdə müayinədən keçməsi təmin edilib və laborator analizlərin nəticəsindən sonra həmin gəncin narkotik istifadəçisi olduğu məlum olub.

İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.