Patruşev Rəisi ilə GÖRÜŞDÜbackend

Patruşev Rəisi ilə GÖRÜŞDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Tehranda İran Prezidenti İbrahim Rəisi ilə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Rəisi deyib ki, İran və Rusiyanın məqsədi strateji münasibətlərin səviyyəsini yüksəltməkdir.

Rəisi iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndiyini və gələcəyinin perspektivli olduğunu bildirib.

Patruşev ikitərəfli əməkdaşlığın vəziyyəti ilə bağlı məlumat təqdim edib: “Biz siyasi, ticarət, enerji, kənd təsərrüfatı və tranzit sahələrində əməkdaşlığı inkişaf etdirmək üçün çox fəal işləyirik”.