Patruşev rəngli inqilablardan danışdı: Suveren dövlətlərə qarşı hərbi zərbələr…backend

Patruşev rəngli inqilablardan danışdı: Suveren dövlətlərə qarşı hərbi zərbələr…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Soros Fondu “rəngli inqilab” layihələrini azaltmaq barədə düşünmür”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

Onun sözlərinə görə, fond “rəngli inqilab” layihələrini sistemli şəkildə qurmaq niyyətindədir.

Patruşev qeyd edib: “Soros və əlaltıları bütün nəticələri ilə birlikdə dövlətlərin arzuedilməzlik meyarlarını müəyyənləşdirməyə çalışırlar. Düşünürəm ki, QHT hesabatlarının tövsiyələrinə əsasən Qərbin sanksiya tətbiq edəcəyi və hətta suveren dövlətlərə qarşı hərbi zərbələr endirəcəyi vaxt uzaq deyil”.

Təhlükəsizlik Şurasının katibi söylədiklərinə “Ağ dəbilqəlilər”in hesabatlarına əsasən bombalanan Suriyanı misal gətirib: “Suriyanın timsalında bənzər bir şey gördük. Bu cür qanunsuzluğun qarşısının alınması bu gün kənardan qoyulmuş qaydalarla yaşamağa hazır olmayan suveren dövlətlərin əsas vəzifələrindən biridir”.