Fransada Telegram-ın yaradıcısı Pavel Durovu 20 il həbs cəzası gözləyir.
NOCOMMENT.az xəbər verir ki, Bu barədə TF-1 telekanalı məlumat yayıb.
Qeyd olunur ki, Durov tezliklə Fransa vətəndaşı kimi məhkəmə qarşısına çıxacaq.
Durov avqustun 24-də saat 20.00 radələrində (Moskva vaxtı ilə 21.00) Paris “Le Burje” hava limanında uçuş-enmə zolağında şəxsi təyyarəsindən enərkən saxlanılıb. Həbs jandarmlar tərəfindən həyata keçirilib. Durov bir qadın və mühafizəçinin müşayiəti ilə Azərbaycandan Fransaya uçub.
Avqustun 20-də Rusiya prezidenti Vladimir Putinin Pavel Durovla Bakıda görüşməkdən imtina etdiyi barədə məlumat yayılıb.
Putin və Durov eyni vaxtda Bakıda olublar. Putinin Azərbaycana səfərindən bir neçə gün əvvəl prezident administrasiyasının üzvləri ona Telegram-ın yaradıcısı Pavel Durovla görüş təşkil etməyi təklif ediblər, lakin Putin bundan imtina edib, Baza mənbələri bildirir. İmtina səbəbləri və uğursuz görüşün mövzusu məlum deyil.