Pavel: Trampın addımları mühüm irəliləyiş olsa da, sülh hələ uzaqdadırbackend

Pavel: Trampın addımları mühüm irəliləyiş olsa da, sülh hələ uzaqdadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin nizamlanmasına dair səyləri əhəmiyyətlidir, lakin respublika ərazisində sülhün yaxın olduğu qənaətinə gəlmək hələ tezdir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Çexiya Prezidenti Petr Pavel ölkə səfirləri qarşısında çıxışı zamanı bildirib.

Pavel vurğulayıb ki, Trampın addımları mühüm irəliləyişdir, lakin Moskva və Kiyev arasındakı münaqişənin sülh yolu ilə başa çatacağı barədə düşünmək hələ vaxtsızdır.

“Bundan əlavə, Çexiya prezidentinin qeyd etdiyi kimi, müasir dünyada tədricən avtoritar ölkələrin koalisiyası formalaşır ki, onları, o cümlədən, mövcud dünya nizamının zəiflədilməsinə maraq birləşdirir”, – dövlət başçısının sözlərini ČTK sitat gətirir.