Payız aylarında yoluxma artacaq – Açıqlamabackend

Payız aylarında yoluxma artacaq – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Avqust ayında delta ştamının geniş yayılması ilə koronavirusa yoluxanların sayı kəskin şəkildə artmışdır. Rəsmi statistika göstərir ki, koronavirusa gündəlik ortalama 4000-4500 yoluxma, 40-45 ölüm faktı qeydə alınır.

 “Delta ştamının geniş yayılması yoluxma saylarının artmasına səbəb olur. Havaların soyumasına doğru gedirik, çox güman ki, artım müşahidə ediləcək”.

Bunu NOCOMMENT.az-a açıqlamasında infeksionist Vüqar Cavadzadə deyib.

Məlumdur ki, sentyabr ayında orta məktəb və universitetlərdə təhsil yenidən bərpa ediləcək. Nəzərə alsaq ki, bir rayon ərazisində bir neçə böyük universitet yerləşir, bu zaman istər ictimai nəqliyyatda, metroda, istərsə də kafe və restaranlarda olduqca sıxlıq yaranacaq.

 “Məktəb və universitetlərin açılması, qapalı məkanlarda sıxlığın yaranması yoluxma sayının artacağını göstərir”.

Məlumat üçün bildirək ki, ötən gün Azərbaycanda COVİD-19 infeksiyasına 3845 yeni yoluxma faktı qeydə alınıb, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.

Nərmin Vüqarqızı