Payızda istilik qiymətləri BAHALAŞACAQ? – RƏSMİ AÇIQLAMAbackend

Payızda istilik qiymətləri BAHALAŞACAQ? – RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlərdə sentyabr ayından “Azəristiliktəchizat”ASC tərəfindən qeyri-əhaliyə satılacaq istilik təchizatı xidmətlərinin qiymətlərinin artacağı barədə xəbərlər yayılıb.

Məlumatı dəqiqləşdirmək üçün “Azəristiliktəchizat” ASC ilə əlaqə saxladıq.

NOCOMMENT.az xəbər verir ki, qurumun mətbuat katibi Elvin Basqallı Bizim.Media-ya bildirib ki, 2024-cü ilin 1 sentyabr tarixindən qeyri-əhali qrupuna aid istehlakçılar üzrə istilik təchizatı xidmətlərinə görə hesablaşmalar müqavilələr üzrə həyata keçiriləcək:

“Nəzərə alaq ki, 1 sentyabr 2024-cü il tarixədək qeyri-əhaliyə bir kubmetr istilik xidməti 25 qəpiyə satılır. Bu tarixdən sonra qeyri-əhali qrupu üzrə istehlakçılarla xidmətlərin qiyməti “Azəristiliktəchizat” ASC tərəfindən müəyyən ediləcək.

Bildiyiniz kimi, qeyri-əhali istehlakçı qrupu üzrə istilik təchizatı xidmətlərinə görə qiymətlər dövlət tərəfindən tənzimlənir.

Ona görə də Nazirlər Kabineti tərəfindən 5 aprel 2024-cü il tarixində “Qiymətləri, tarifləri dövlət tərəfindən tənzimlənən malların, işlərin və xidmətlərin siyahısının təsdiq edilməsi haqqında” 2005-ci ilin 28 sentyabr tarixli 178 saylı və “İstilik enerjisində istifadə qaydaları haqqında” 2023-cü ilin 5 sentyabr tarixli 303 saylı qərarlarında dəyişikliklər edilməsi haqqında qərar qəbul edilib”.