Paytaxt ərazisində motosikletlərlə təhlükəli manevrlər edən şəxslər həbs edilibbackend

Paytaxt ərazisində motosikletlərlə təhlükəli manevrlər edən şəxslər həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxt ərazisində motosikletlərin təhlükəli manevrlər etməsini əks etdirən görüntülər araşdırılıb.

NOCOMMENT.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən apa-ya bildirilib ki, görülən tədbirlərlə həmin motosikletlərin sürücüləri – R.Məmmədzadə və A.Musazadə müəyyən edilərək saxlanılıblar.

Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunmaqla aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə onların sürücülük hüquqları 1 il müddətinə məhdudlaşdırılmaqla R.Məmmədzadə 25, A.Musazadə 15 gün müddətinə inzibati qaydada həbs ediliblər.