Paytaxt yollarında sıxlıq var, avtobuslar GECİKİRbackend

Paytaxt yollarında sıxlıq var, avtobuslar GECİKİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bu barədə NOCOMMENT.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumata görə, hazırda sıxlıq olan yollardan keçən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr müşahidə olunur:

1. Heydər Əliyev prospekti – Koroğlu metrosu istiqamətində köməkçi yol və əsas yol , mərkəz istiqamətində isə kənar yol sıxlıq

2. Ziya Bünyadov prospekti –20 yanvar dairəsi istiqamətində

3. Tbilisi prospekti –şəhər və 20 yanvar dairəsi istiqamətində

4. Koroğlu Rəhimov küçəsi –Hər iki istiqamət istiqamətində

5. Rəşid Behbudov küçəsi

6. Babək prospekti –Heydər Əliyev prospekti istiqamətində

7. Yusif Səfərov küçəsi –Heydər Əliyev prospekti istiqamətində

8. Bakı-Sumqayıt şossesi –şəhər (Moskva prospekti) istiqamətində.