Paytaxta yağan yağış qəsəbə yollarını KEÇİLMƏZ ETDİ – VİDEObackend

Paytaxta yağan yağış qəsəbə yollarını KEÇİLMƏZ ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yağışdan sonra yolda avtomobillərin hərəkəti çətinləşib.

NOCOMMENT.az Xezerxeber.az-a istinadən xəbər verir ki, intensiv yağış paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsində yollarda gölməçə yaradıb. Bura qəsəbənin əsas yolu, Elşən Məhərrəmli küçəsidir. Sakinlər deyir ki, xüsusən də payız-qış mövsümündə yağışdan sonra belə bir mənzərə yaranır.

Yolda gölməçə yarandığından piyadalar da səki ilə hərəkət etməkdə çətinlik çəkirlər. Bəzi sürüclər isə gölməcələrdəki suyu piyadaların üzərinə sıcradır.

Qəsəbələr daxili yollar rayon icra hakimiyyətlərinin balansında olduğundan mövcud vəziyyətlə bağlı Sabunçu rayon İcra Hakimiyyətinə müraciət etdik.

Qurumdan bildirildi ki, həmin ərazidə kanalizasiya sistemi yoxdur, bu səbəbdən də yol boyu bir neçə yerdə nasoslar qoyulub. Yağış suları həmin nasoslar vasitəsi ilə çəkilir.

Bənzər vəziyyət Suraxanı rayonu Hövsan qəsəbəsində də yaşanır. İbiş Məmmədov küçəsinin sakinləri də bənzər problemdən əziyyət çəkirlər.

Suraxanı rayon İcra Hakimiyyətindən ”Xəzər Xəbər”ə bildirildi ki, sözügedən küçə ilin sonuna qədər asfaltlanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.