Paytaxtda avtobusların hərəkət edə bilmədiyi istiqamətlər açıqlandı – SİYAHIbackend

Paytaxtda avtobusların hərəkət edə bilmədiyi istiqamətlər açıqlandı – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Bakıda bəzi yollarda meteoloji amillər səbəbindən nəqliyyat vasitələrinin, o cümlədən də sərnişin avtobuslarının hərəkətində çətinliklər var.

Bakı Nəqliyyat Agentliyindən NOCOMMENT-ə verilən məlumata görə, bəzi istiqamətlərdə avtobuslar sxem üzrə tam hərəkət edə bilmir.

Bu ərazilər aşağıdakılardır:

– Yeni Yasamal (M.Xiyabani və Ə.Əhmədov küçələri)
– Günəşli
– Hövsan
– Şüvəlan
– Binə
– Badamdar
– Xırdalan
– Müşviq
– Mehdiabad
– Digah
– Masazır dairəsi
– Kürdəxanı yolu
– Məmmədli və Yanardağ yolu
– Biləcəri enişi
– Xutor adlanan ərazidən Azadlıq prospekti istiqaməti
– Baksol yolu
– Zığ yolu
– Salyan şossesi
– Bibiheybət yolu
– Bakı dairəvi yol.