İsrailin Fələstinə qarşı davam edən hücumlarına diqqət çəkmək və fələstinlilərə dəstək məqsədilə sabah Ankarada “Böyük Qəzza Yürüşü və Mitinqi” keçiriləcək.
NOCOMMENT xəbər verir ki, Fələstində baş verən insan faciəsinə diqqəti cəlb etmək üçün tibb işçiləri, hüquqşünaslar və jurnalistlər öldürülən həmkarları üçün həmrəy olaraq öz peşəkar geyimlərində iştirak edəcəklər.
Anaların uşaq arabalarında kəfənli körpə modelləri daşıyacağı yürüşdə bir qrup gözdən əlil insan “Dünya görmür, amma biz görürük” şüarları səsləndirəcək.
Bazar günü saat 13.30-da başlayacaq yürüşAnadolu Meydanında sona çatacaq.