Paytaxtda çoxalan tülkülərin quduz olduqları xəbərləri yayıldı – VİDEObackend

Paytaxtda çoxalan tülkülərin quduz olduqları xəbərləri yayıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın müxtəlif ərazilərində tez-tez görünən tülkülərin quduzluq yaydığı iddia edilir.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Zoologiya İnstitutunun əməkdaşı Elşad Ələsgərov deyib ki, son vaxtlar paytaxtın müxtəlif ərazilərində tülkülər peyda olub. Onun sözlərinə görə, Mərdəkan, Pirallahı, Qala, Badamdar ərazilərində çoxsaylı tülkü ailələri gözə dəyir. Hətta artıq Bakının Səbail rayonunda da tülkülər tez-tez gözə dəyir.

Elşad Ələsgərov deyir ki, tülküləri şəhərə cəlb edən bir amil də asan əldə edilən yemdir.

Zooloq bildirib ki, tülkülər quduzluq xəstəliyi daşıya bilən yırtıcıdır. Bu səbəbdən də şəhər ərazisində bu heyvanların çoxalması insan həyatı üçün təhlükəli hesab olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.