“Paytaxtda kirayə mənzillərin əlçatanlığı daha da azalacaq” – Ekspertbackend

“Paytaxtda kirayə mənzillərin əlçatanlığı daha da azalacaq” – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ali məktəblərə qəbulun nəticəsi açıqlandıqdan sonra Bakıda kirayə mənzillərin qiymətində artım müşahidə olunur. Çünki, şəhərin mərkəzi rayonlarında ucuz kirayə evlər çox az saydadır. Köhnə və qəzalı evlər söküldüyündən, yeni inşa olunan evlərdə təklif olunan kirayə mənzillərin qiyməti çox bahadır. Odur ki, tələbələrin çoxu indi Bakıətrafı qəsəbələrdən ev axtarmaq məcburiyyətində qalıblar”.

NOCOMMENT.az xəbər verir ki, bunu Bakupost.az -a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

O bildirib ki, əvəllər kirayə mənzillərin verildiyi köhnə binalarda evlərin qiyməti 150-200 manat idi. Hazırda həmin ərazilərdə yeni tikilən binalarda mənzillərin satış qiyməti 90-120 min arasında dəyişir:

“Bakıda söküntü işlərinin aparılması, köhnə evlərin sökülməsi ucuz kirayə mənzillərin bazardan çıxması ilə nəticələnir. Paytatxda sökülən evlərin yerində inşa olunan evlərdə kirayə qiymətləri iki dəfə bahadır. Əgər əvvəl köhnə binalarda aylıq kirayə haqqı 300-350 manat idisə, hazırda qiymət 600-1500 manat arasında dəyişir. Ona görə də, tələbələr məcbur qalıb Bakıətrafı qəsəbələrə üz tuturlar. Yasamal, Nəsimi, Nərimanov, Səbail rayonlarında kirayə evlərin bahalaşması tələbələrin kütləvi şəkildə həmin ərazilərə yönəlməsinə səbəb olur. Tələbələr yolda çox vaxt itirsələr də, Xırdalan, Masazır və digər yerlərdə ev tuturlar”.

Elnur Fərzəliyevin sözlərinə görə, yaxın illərdə paytaxtda köhnə və qəzalı evlərin demək olar ki, hamısı söküləcək:

“Bu da tələbələrin ucuz kirayə mənzillərə əlçatanlığını daha da azaldacaq. Ona görə də, çıxış yolu ancaq tələbə yataqxanalarının tikilməsidir”.

Əmlak məsələləri üzrə eksperti Ramil Osmanlı bildirib ki, tələbələrdən savayı gənc ailələr, paytaxtda işləmək üçün gələnlər və ehtiyacı olan digər şəxslər də kirayə mənzil bazarında tələbin formalaşmasında aktiv iştirak edirlər. Bu da son nəticədə qiymət artımına öz təsirini göstərir.