Paytaxtda quraşdırılan sığınacaqlar haradadır? – ÜNVANLARbackend

Paytaxtda quraşdırılan sığınacaqlar haradadır? – ÜNVANLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının 5 ərazisində isinməyə ehtiyacı olan insanlar üçün çadırlar quraşdırılıb.

Bu barədə NOCOMMENT-ə Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər. Qeyd olunub ki, çadırlar qarlı hava şəraiti olan günlərdə açıq olacaq:

“Çadırlar Nərimanov rayonu – metronun çıxışı, Yasamal rayonu – İnşaaçılar metrosunun çıxışı, Binəqədi rayonu – Azadlıq metrosunun çıxışı, Sabunçu rayonu – Fətəliyev küçəsi, İmam Rza məscidinin yanında və Xəzər rayonu ərazisində quraşdırılıb”.

Bu işə Regional İnkişaf İctimai Birliyinin (RİİB) könüllüləri və icra hakimiyyətinin əməkdaşları nəzarət edir.