Paytaxtda təhlükəli vəziyyət – FHN MÜDAXİLƏ ETDİbackend

Paytaxtda təhlükəli vəziyyət – FHN MÜDAXİLƏ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin eyvanında daş parçasının asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

NOCOMMENT.az xəbər verir ki, FHN-dən verilən məlumata görə ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər daş parçasını müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.