Bakının avtobus dayanacaqlarının yenilənməsi layihəsi başlayacaq.
NOCOMMENT.az xəbər verir ki, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik Hüquqi Şəxsinin elan etdiyi layihənin qalibi bəlli olub.
Belə ki, “Bakı şəhərinin küçə və prospektlərində sərnişinlərin avtobus gözləmələri üçün dayanacaq pavilyonlarının quraşdırılması işlərini satın alan şirkət “SMCS” MMC olub.
Bağlanan müqaviləyə görə, “SMCS” MMC-yə 1 milyon 744 min 985,96 manat veriləcək. Xatırladaq ki, bu layihənin həyata keçirilməsi üçün əvvəl təyin olunan məbləğ 2 milyon 496 min 863 manat idi.
Məlumata görə, qalib şirkət “SMCS” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb və nizanamə kapitalı 88 min 500 manatdır. Bu şirkətin qanuni təmsilçisi isə Cəfərov Mübariz Məhərrəm oğludur.\\Valyuta.az