Paytaxtın bu yolu təmirə bağlanırbackend

Paytaxtın bu yolu təmirə bağlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 20:00-dan 22 sentyabr saat 08:00-dək Bakı şəhəri, Nəsimi rayonu Ceyhun Səlimov küçəsində (3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan hissəsi) aparılacaq təmir işləri ilə əlaqədar əsas və köməkçi yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən NOCOMMENT-ə verilən məlumata görə, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.