Pediatrdan uşaqlara peyvənd XƏBƏRDARLIĞIbackend

Pediatrdan uşaqlara peyvənd XƏBƏRDARLIĞI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yalnız ana südü ilə uşağı xəstəliklərdən qoruya bilmərik”.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Nigar Bayramova deyib.

Onun sözlərinə görə, körpənin ilk peyvəndi ana südü hesab olunur: “Ana südü də uşağı infeksiyalardan qoruyur. Lakin bu, o demək deyil ki, ana südü qəbul edən uşaq peyvəndlənməməlidir. Yanlış fikirdir. Ana südü uşağı xəstəliklərdən qorumur”.

N.Bayramova qeyd edib ki, peyvənd olunmayan uşaqlar gələcəkdə çox ağır fəsadlarla üzləşə bilərlər: “Bu gün peyvəndlənmə sayəsində 6 milyona yaxın uşaq ölümünün, 7 milyondan çox uşağın isə şikəst olmasının qarşısı alınıb. Peyvənd ən əhəmiyyətli vasitədir. Peyvənd olunmayanların çox ağır xəstəliklərlə üz-üzə qalma ehtimalları çoxdur”.