Çoxları şorbaların yaxşı həzm və daxili orqanların işləməsi üçün lazımlı olduğuna inanır. Amma bu doğrudurmu?
NOCOMMENT.az lent.az-a istinadən xəbər verir ki, bir çox insanlar şorbaların balanslaşdırılmış pəhrizin tərkib hissəsi olduğuna inanırlar. Onlar olmadan pəhrizin natamam olduğuna və mədənin normal işləməyəcəyini düşünür.
Bu sualın cavabını məşhur qidalanma mütəxəssisi Yuri Popko cavab verib:
“Sovet dövründə böyüyən insanlar xatırlayırlar ki, nahar mütləq birinci yemək və qarnirdən ibarət idi. Və bu onların nə sağlamlığına, nə də başqa şeyə təsir etmirdi”.
Onun sözlərinə görə, klassik toyuq şorbasına adətən kartof, taxıl, toyuq budu, kələm, noxud, su və ədviyyatlar əlavə olunur. Bütün bu maddələr ayrı-ayrılıqda bişirilə bilər. Su yalnız yeməyin həcmini artırır, lakin kalori əlavə etmir, çünki suyun özündə kalori yoxdur.
“Ona görə də şorbanın özünün heç bir xüsusi faydası yoxdur, yeganə istisna, tərkibində kollagen olan sümük suyudur. Ancaq onu çıxarmaq üçün bulyonu təxminən 48 saat bişirmək lazımdır”, – ekspert bildirib.
O, həmçinin vurğulayır ki, müəyyən qidaları necə istehlak etməyin fərqi yoxdur – çiy, fərqli bişmiş və ya şorbada qaynadılmış.
“Şorbaların əsas üstünlüyü ondan ibarətdir ki, onları içdikdə mədə tez doyur və nəticədə az kalori istehlak edirik. Bu zaman yeməyin böyük həcminə görə doyma hissi yaranır”, – deyə həkim izah edib.
Beləliklə, arıqlamaq prosesindəsinizsə, şorbalar faydalı ola bilər, çünki onlar kaloriləri azaltmağa kömək edir, eyni zamanda sizi tox hiss etdirir.