Pekin Borrelin Çinə səfərini ləğv edib – mediabackend

Pekin Borrelin Çinə səfərini ləğv edib – media

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Aİ diplomatı Josep Borrelin iyulun 10-da Çinə baş tutmalı olan səfərini ləğv edib. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters agentliyi Avropa Komissiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Avropa Komissiyasının sözçüsü Nabila Massrali Reuters-ə deyib: “Təəssüf ki, çinli həmkarlarımız gələn həftə planlaşdırılan tarixlərdə səfərin artıq mümkün olmadığını və alternativlər axtarmalı olduğumuz barədə məlumat aldıq”.

Lakin o, səfərin hansı tarixlərə dəyişdirilə biləcəyini dəqiqləşdirməyib.

Bundan əvvəl media Aİ-nin Çindəki səfiri Xorxe Toledoya istinadən xəbər vermişdi ki, Borrel gələn həftə Çinə səfər edərək Çinin xarici işlər naziri Qin Qanq, eləcə də digər rəsmilərlə görüşəcək.

 NOCOMMENT