Pekin Tayvanı bu yolla birləşdirmək istəyirbackend

Pekin Tayvanı bu yolla birləşdirmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Pekin Tayvanla sülh yolu ilə birləşməyi ən yaxşı variant hesab edir. Lakin güc tətbiqi ilə bağlı ssenari də istisna olunmur”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Çin Dövlət Şurası yanında Tayvan İşləri İdarəsinin nümayəndəsi Çen Binxua bildirib.

Onun sözlərinə görə, Pekinin Tayvan probleminin həlli üçün əsas siyasəti sülh yolu ilə birləşmə və “bir ölkə, iki sistem” prinsipidir. Bu, Tayvanla birləşməyə nail olmağın ən yaxşı yoludur. Lakin biz heç bir halda güc tətbiqindən imtina edəcəyimizə söz vermirik və bütün lazımi tədbirləri görmək imkanını özündə saxlayırıq.

Onun sözlərinə görə, Pekinin yanaşması xarici qüvvələrin və çox az sayda “Tayvan separatçılarının” müdaxiləsinə qarşı yönəlib.