Pekin Trampa cavab verdi – “Qorxutma…”backend

Pekin Trampa cavab verdi – “Qorxutma…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xarici İşlər Nazirliyi (XİN) ABŞ prezidenti Donald Trampın Pekini Rusiya neftindən imtinaya məcbur etmək niyyəti ilə bağlı açıqlamasına münasibət bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə XİN sözçüsü Lin Szyan danışıb.

“Çin bu məsələ ilə bağlı mövqeyini dəfələrlə açıqlayıb. Çinnin digər ölkələr, o cümlədən Rusiya ilə normal ticarət və enerji əməkdaşlığı qanuni və legitimdir. ABŞ-nin hərəkətləri birtərəfli hədə-qorxunun və iqtisadi məcburiyyətin tipik nümunəsidir. Bu, beynəlxalq iqtisadi və ticarət qaydalarını ciddi şəkildə pozacaq, qlobal sənaye və təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini təhlükə altına atacaq”, – XİN sözçüsü vurğulayıb.

O, həmçinin əlavə edib ki, Çinin “Ukrayna böhranı” ilə bağlı mövqeyi “obyektiv, ədalətli və dürüst”dür.

“Biz ABŞ-nin bu məsələni Çinin üzərinə atmasının və ona qarşı qeyri-qanuni birtərəfli sanksiyaların tətbiqinin və yurisdiksiyanın genişləndirilməsinin qəti əleyhinəyik. Çinin qanuni hüquq və maraqları pozularsa, Çin öz suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qətiyyətlə qorumaq üçün cavab tədbirləri görəcək”, – deyə sözçü əlavə edib.

Xatirə SADİQ