Pekində Rusiya və Çin XİN başçılarının görüşü olacaqbackend

Pekində Rusiya və Çin XİN başçılarının görüşü olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 8-9-da Çinə səfər edəcək və çinli həmkarı Van Yi ilə “qaynar mövzular” ətrafında danışıqlar aparacaq.

NOCOMMENT.az xəbər verir ki, müvafiq elan Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

“Bir sıra aktual mövzular və regional məsələlər, o cümlədən Ukrayna böhranı və Asiya-Sakit okean regionunda vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi planlaşdırılır”, – deyə məlumatda bildirilir.

Bundan əlavə, nazirlər ikitərəfli əməkdaşlığın müxtəlif aspektlərini, həmçinin BMT, BRİKS, G20 və digər platformalar çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə edəcəklər.