Pelosi İrəvana gəlir: Bakıya, yoxsa Kremlə mesajdır?backend

Pelosi İrəvana gəlir: Bakıya, yoxsa Kremlə mesajdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pelosinin erməni lobbisi ilə əlaqələri məlum faktdır, İrəvana gəlib, Azərbaycan əleyhinə açıqlamalar verəcək.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərə hazırlaşması ilə bağlı şərhində qeyd edib.

O bildirib ki, Nensi Pelosinin İrəvana səfəri Bakıdan daha çox, Kremli düşündürəcək: “Vaşinqton Ermənistanı Rusiyanın caynağından qurtarmaq üçün var gücüylə çalışır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi rəhbərinin bir müddət əvvəl İrəvana sirli səfəri də (Vilyam Berns İrəvana 15 iyulda səfər etmişdi) bununla əlaqəli idi. Kremlin düşmənlərindən sayılan Pelosi İrəvana səfəri ilə Paşinyana ayı xidməti göstərəcək”.