Pelosi Raşmor dağında Baydenin barelyefnin qoyulmasını təklif edibbackend

Pelosi Raşmor dağında Baydenin barelyefnin qoyulmasını təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi artıq ölkənin dörd tanınmış prezidentinin yer aldığı Raşmor dağı abidəsinə prezident Co Baydenin heykəlinin əlavə edilməsini təklif edib.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə CBS News-a müsahibəsində bildirib.

“Ruşmor dağında artıq Teddi Ruzvelt var və o, gözəldir. Mən onu aradan qaldırmağı təklif etmirəm, amma Baydeni də ora əlavə etmək yaxşı olardı”, – Nümayəndələr Palatasının keçmiş spikeri aydınlıq gətirib.

Pelosi Baydenin “ardıcıl” prezident olduğunu vurğulayıb və NATO sammiti zamanı onun güclü rəhbərliyini mühüm nailiyyətlərindən biri kimi vurğulayıb.

Memorial üzərində Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Abraham Linkolnun portretləri olan 18,6 metr hündürlüyündə qranit barelyefdir. Onun yaradılması 1927-ci ildən 1941-ci ilə qədər heykəltəraş Qutzon Borqlumun rəhbərliyi ilə baş tutub və ABŞ-ın yaranmasının 150 illiyinə həsr olunub.